"Əl-İttihad" saytının verdiyi xəbərə görə, Şarcə əmiri Qurani-Kərim kanalı ilə telefon danışığı zamanı bu kanalın idarəçilərini tərifləyib, onlara Qurani-Kərimi oxuyarkən əməl edilməli olan qaydalara diqqət etməyi tövsiyə edib.
Son illərdə bəzi alimlər qiraət üsullarına çox diqqət yetirdiklərinə, qiraətin məna və aydınlığına əhəmiyyət vermədiklərinə görə çoxlu tənqidlərə məruz qalmışlar. Tənqidçilər deyirlər ki, bəzi qarilər qiraətin əsas məqsədini, yəni Quranın məfhumunu və mənasını dinləyicilərə aydın şəkildə çatdırmaqda səhlənkarlıq edirlər.
Onların Quran oxuyarkən muğamlara hakim olmaq bacarıqlarını ön plana çəkməyə önəm verdikləri və bunun Quran tilavətinin əsas məqsədi ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi bildirilib.
4233823