IQNA

İngiltərədə müsəlmanlara zülm etməkdə günahlandırılan müttəhimə 9 il həbs cəzası

20:00 - September 07, 2024
Xəbər sayı: 3496639
İQNA – İngiltərədə bir məhkəmə ekstremist qruplarla əlaqəsi olan şəxsi bu ölkədə müsəlmanları təqib etdiyinə görə 9 il həbs cəzasına məhkum edib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Britaniya məhkəməsi cümə günü müsəlmanlara qarşı iğtişaşlar zamanı qaçqınların qaldığı oteli qəsdən yandıran ekstremist şəxsi 9 il həbs cəzasına məhkum edib.
Müttəhim 27 yaşlı Tomas Birley avqustun 4-də otelin girişindəki zibil qutusunu yandıraraq "həyatı təhlükə altına almaq məqsədi ilə yanğın törətmək" ittihamını boynuna alıb.
Prokuror Alisha Kaye izah etdi ki, müttəhim Birley onsuz da yanan zibil qutusuna odun atıb, otel işçiləri və qonaqlar içəridə, zibil qutusu isə yanğın qapısının qarşısında olub.
Təqsirləndirilən şəxs həmçinin “zorakılıq” və “hücum silahı saxlamaq” ittihamlarını da qəbul edib. Sheffield Crown Məhkəməsinin hakimi Jeremy Richardson, Thomas Birley-nin hərəkətlərinin başdan sona irqçiliklə dolu olduğunu ifadə edərək, onu 9 il həbs cəzasına məhkum etdi.
Hadisə zamanı təxminən 400 adam sözügedən oteli hədəf alıb. Bu yanğın hadisəsi ölkənin müxtəlif yerlərində irqçi hücumların, zorakılıqların və yanğınların baş verdiyi günlərdə baş verib.
İğtişaşlar iyulun 29-da İngiltərənin şimalındakı Sautport şəhərində müsəlman mühacirlərə nisbət verilən üç qızın qətlindən sonra baş verib.
4235198

captcha