Bədəvi Hüquqlarını Müdafiə Təşkilatından (BEYDER) edilən yazılı açıqlamada, İsrail ordusunun himayəsində olan bir qrup israilli gəlmələrin Nablus vilayətinin şərqindəki Beyt Furik bölgəsində yerləşən Hirbetu Tanaya hücum etdiyi və camaatın oradakı qaynaqdan içməli su ala bilməsinin qarşısının alındığı bildirilib.
Açıqlamada, qəsbkar gəlmələrin fələstinlilərin Hirbetu Tana yaxınlığındakı Əynəl-Fəvqə mənbəyinə çatmasına mane olduğu və son günlərdə Əynəl-Təhtə mənbəyinə nəzarəti ələ keçirdikləri bildirilib.
Təşkilatın bəyanatında qeyd olunub ki, İsrailli gəlmələr illərdir qoyun çobanlarını, fermerləri və torpaq sahiblərini sudan faydalanmaqdan məhrum edib, qoyun saxlayanların köç etməsinə səbəb olub.
TRT