"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, İngiltərədəki Fələstin Həmrəylik Kampaniyasının direktor müavini Piter Liri hakim İşçi Partiyasının Fələstinlə həmrəylik hərəkatını susdurmağa çalışdığını bildirib.
Liri, sosialist “Tribun” jurnalında dərc olunan məqaləsində deyib: "Kampaniya və digər təşkilatlar Fələstinlə həmrəylik və Qəzzada müharibəyə qarşı il ərzində 20 kütləvi nümayiş təşkil edib".
Sionist rejimin Qəzzada Fələstin xalqına qarşı təcavüzü və soyqırımı ilə bağlı narahatlıqlar və İngiltərənin bu rejimlə davam edən şərikliyindən qəzəb bu ölkədə ən böyük və ən davamlı etiraz hərəkatının formalaşmasına səbəb olub.
Liri, partiya daxilindəki bəzi şəxslərin Fələstinə ədalət qapılarını bağlamaqda qərarlı olduğunu bildirib.
Piter Liri həmçinin qeyd edib ki, İşçi Partiyası hakimiyyətə gəldikdən sonra bəzi kiçik, lakin mühüm addımlar atsa da, İngiltərə İsrailə silah ixracını, o cümlədən fələstinliləri öldürmək üçün istifadə edildiyi bilinən F-35 döyüş təyyarəsinin həyati komponentlərini verməyi davam etdirir.
Fələstin Həmrəyliyi Kampaniyasının direktor müavini deyir ki, Britaniyada keçirilən sorğular ardıcıl olaraq göstərir ki, insanların böyük əksəriyyəti atəşkəsi dəstəkləyir və İsrailə silah ixracına son qoyulmasını istəyirlər.
4238270