IQNA

Hizbullah baş katibinin müavini: "Sionist rejim öz məqsədlərinə çatmayacaq"

1:39 - September 28, 2024
Xəbər sayı: 3496756
İQNA – Livan Hizbullahının baş katibinin müavini bildirib ki, işğalçı rejim istədiyi məqsədlərinə nail ola bilməyəcək.

Əl-Məyadin internet saytının verdiyi xəbərə görə, Şeyx Nəim Qasim Qəzzada müharibə dayandırılmadıqca Hizbullahın sionist rejimə qarşı hücumlarının dayanmayacağını bildirib.
Hizbullah və döyüşçülərinin qərarlı olduğunu bildirən Şeyx Nəim Qasım bazar günü Cənubi Beyrutda Hizbullahın iki yüksək rütbəli komandirinin dəfn mərasiminə toplaşan izdihamlı kütlə qarşısında çıxış edib.
Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasım verdiyi açıqlamada Hacı İbrahim Əqilin bu terror aktında şəhid olduğunu açıqlayıb.
Eyni şəkildə, Şəhid İbrahim Əqilin Hizbullah əməliyyatlarının komandiri olduğunu və Rıdvan birliyini qurduğunu və 2008-ci ildən bu birliyin komandiri olduğunu bildirib.
Livan Hizbullahının baş katibinin müavini hgəmçinin Peyğəmbərimizin (s) mövludunun ildönümündə şəhadət dərəcəsinə çatan şəhidlərin İslam ümmətinin birliyini gücləndirdiyini bildirib.
Şeyx Nəim Qasım işğalçı rejimin Rıdvan qoşunlarını hədəf alaraq müqaviməti iflic etmək üçün əbəs yerə cəhd etdiyini, müqavimətçilərin işğalçıların bu sui-qəsd və cəhdlərinin qarşısını aldığını bildirib.
O, həmçinin bildirib ki, Amerika, "İsrailin soyqırımında yuxarıdan aşağıya şərikdir".
Şeyx Nəim Qasım, Hizbullah və onun döyüşçülərinin dimdik durduğuna işarə edərək, sionist rejimə "Siz terrordan öləcəksiniz, iqtisadiyyatınız çökəcək, amma heç vaxt hədəflərinizə çata bilməyəcəksiniz, Fələstindəki müqaviməti dünya səviyyəsinə gətirdiniz" xəbərdarlığını etdi.
İsrail ordusu cümə günü Beyrutun cənubundakı Dahiyə bölgəsinə hücum edərək bir binanı hədəfə alıb və azı 50 nəfəri öldürüb, onlarla insanı yaralayıb.
4238032

captcha