IQNA

Mərakeş Quran yarışmasında 48 Afrika ölkəsinin yarışması

10:43 - September 30, 2024
Xəbər sayı: 3496772
İQNA - Mərakeşin Fes şəhərində Məhəmməd Əl Sades (VI Məhəmməd) Fondunun Afrika alimləri üçün Quran hifzi, qiraəti və təcvid müsabiqəsinin beşincisi başlayıb.

"Mapexpress.ma"-nın verdiyi məlumata görə, müsabiqənin final mərhələsi üçün imtahanlar sentyabrın 27-də Fes şəhərində başlayıb və üç gün davam edib.
Məhəmməd Əl-Sades Fondunun 48 Afrika ölkəsindəki filiallarının iştirak etdiyi bu yarışmalar uzaqdan onlayn rejimdə keçirilir. 118 iştirakçıdan 12-si qadındır.
Bu müsabiqənin münsiflər heyəti Mərakeş və digər Afrika ölkələrindən olan hakimlərdən ibarətdir. Qaliblər Zoom platformasının video sistemi vasitəsilə təqdim olunacaq və mükafatlandırılacaq.
Müsabiqənin seçmə mərhələsi aprelin 19-da başlayıb və mayın 20-dək Afrikanın müxtəlif ölkələrində bu institutun 48 filialında davam edib.
Məhəmməd Əl-Sades Fondu bildirib ki, bu müsabiqənin təşkilində məqsəd Afrika qitəsində yaşayan gənc Afrika müsəlmanlarının Qurani-Kərim və Quran hifzi, tərtil və qiraət mədəniyyəti ilə əlaqəsini təşviq etməkdir.
Bu fond Afrika qitəsinin şimal-qərbində Qurani-Kərimin təbliği və çapı sahəsində ən mühüm Quran fondlarından biri hesab olunur.
4239039

captcha