"Əl-Vəfaq" saytının verdiyi xəbərə görə, sosial şəbəkələrin təsiri ilə müsəlmanlara qarşı zorakılıqlar artır. Almaniyanın “Die Welt” qəzeti rəsmi statistikanın Almaniyada sosial atmosferdə gərginliyin artdığını və bunun nəticəsində müsəlmanların daha çox zorakılığa məruz qaldığını göstərdiyini yazıb.
Qəzet statistik məlumatların ölkədə islamofob cinayətlərin sayında artım göstərdiyini və Almaniya rəsmilərinin ilin birinci rübündə ölkə daxilində 42 yaralanma hadisəsi qeydə aldığını yazıb.
Bu statistika qeyri-dəqiqdir, çünki bəzən cinayətlər qeydə alınmır və ya anti-islam hadisəsi yalnız araşdırmalar zamanı üzə çıxır.
Solçu partiyanın nümayəndəsi Petra Baonun bir il əvvəl təqdim etdiyi sorğudan sonra federal hökumət islamofob cinayətlərlə bağlı araşdırma aparıb.
Təhlükəsizlik rəsmilərinin hesabatına görə, 2023-cü ilin birinci rübündə islamofobiyaya əsaslanan cinayətlər nəticəsində 28 yüngül xəsarət hadisəsi baş verib.
Parlament nümayəndəsi bildirib ki, hökumətin reaksiyası narahatedici mənzərə yaradır. Çünki hücumlar getdikcə daha vəhşiləşir.
Petra Bao zorakılıq qurbanlarının sayının artmasının Almaniyada müsəlmanların üzləşdiyi təhlükənin ciddiliyini göstərdiyini ifadə edərək, onların müdafiəsi və bu cür cinayətlərin qarşısının alınması üçün qəti tədbirlər görülməli olduğunu bildirib.
Hökumət bu tədbirlər arasında müsəlmanları müdafiə etməli və onların öz dinlərinə azad və təhlükəsiz şəkildə əməl etmək hüquqlarını təmin etməlidir.
Eyni zamanda ölkə cəmiyyətində müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliklə mübarizə üçün maarifləndirmə proqramlarının gücləndirilməsi də daxildir.
4246345