İraqın İrandakı mədəniyyət məsələləri üzrə müşaviri Yasir Əbdül-Zəhra müasir dünyada insan ləyaqəti və ailə problemləri ilə bağlı ilk beynəlxalq konfransda Xorasan-Rəzəvidən "İQNA"-ya müsahibəsində deyib: " İnsan ləyaqəti bütün bəşəriyyətə məxsus olan fitri və zati bir həqiqətdir".
Mədəniyyət və insan ləyaqəti arasındakı əlaqəyə gəlincə, o, dedi: "İnsan ləyaqəti dəyərlər və dini əsasların məcmusudur və şübhəsiz ki, bu ləyaqət təhsil mədəniyyətinə söykənəndə insanlar tərəfindən qəbul ediləcəkdir. İndi bu sahədə mədəniyyət olmasa, təhsil verilməsə, insan ləyaqəti nə real, nə də hüquqi (təşkilati) formada insanlar arasında öz yerini tapa bilməz".
O əlavə edib: "Bu gün biz İran və İraq arasındakı əlaqələrdən danışırıqsa, mədəni məsələlərə əsaslanan əlaqələrdən danışırıq. Mədəni məsələlərin yalnız bir tərəfinə, yəni bunların dini və ziyarət yönlərinə nəzər salsaq bu iki xalqın münasibətlərini tamamilə koordinasiyalı və ardıcıl şəkildə inkişaf etdirdiyini aydın görərik".
Əbdülzəhra dedi: "Ərbəin dini ölçüdən əvvəl mədəni və sosial bir ölçüdür və məncə, məhz bu ölçü iki xalqın bir növ münasibətlərin yaxşılaşdırılması istiqamətində daha çox irəliləməsinə kömək edə bilər".
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının və İnsan Ləyaqətinin “Müasir Dünyada İnsan Ləyaqəti və Ailə Problemləri” mövzusunda birinci beynəlxalq konfransı noyabrın 21-də başlayıb və bu ayın 23-dək Məşhədin Firdovsi Universitetində davam edəcək.
4247761