IQNA

Ustad Əbdül-Basit və onun tilavəti bir xristianın doktorluq dissertasiyasının mövzusu oldu

9:08 - December 02, 2024
Xəbər sayı: 3497164
IQNA - Misir və İslam dünyasının qiraət ustası Əbdül-Basit Əbdus-Saməd öz məktəbini yaradaraq dünyanın hər yerindəki Quran sevərlərə ilham mənbəyi oldu.
kod

 

"Əl-Cümhur" xəbər saytının verdiyi məlumata görə, 30 noyabr İslam dünyasının ən böyük Quran qarisi Əbdül-Basit Əbdussamədin vəfat ildönümüdür.

Əbdül-Basit 1927-ci ildə Misirin Qena vilayətinin Ərmenət şəhərinin Mərəizə kəndində dünyaya gəlib. Onun atası və babası seçilən Quran hafizi və qarisi, eyni zamanda dindar bir insan idi.

Əbdül-Basit 1950-ci ildə Qahirədə Əhli-beyt türbələrini ziyarət etdi. Həzrət Zeynəbin (ə) doğum ildönümü gecəsində, Həzrət Zeynəb (s) məscidindəki gözəl səsi ilə etdiyi Quran tilavəti hər kəsi valeh etdi və həmin gecə Misirdə və xaricdə məşhurlaşmasının başlanğıc nöqtəsi oldu.

O, 1951-ci ildə Misir Quran Radiosunun imtahanına girərək yüksək nəticə qazandı və radionun önəmli qarilərindən biri oldu.

Mərakeş və Maldiv kimi bir çox ölkənin kralı və başçıları Əbdül-Basititin qiraətinə heyran idi.

Misirli qari Mərakeş, Tunis, İndoneziya, Pakistan, Livan, Suriya və İraq kimi ölkələrdən mükafatlar aldı.

O, Məscidül-Əqsada Quran tilavəti etdi və bu qiraəti dinləyənlərdə dərin təsir yaratdı.

Əbdül-Basititin gözəl tilavəti hətta müsəlman olmayanların da diqqətini çəkmişdi. Hətta bir xristian düşüncə adamı bu qarinin gözəl səsi və Quran tilavətini doktorluq dissertasiyasının mövzusu kimi seçmişdi.

Əbdül-Basit Əbdus-Samədin Quran tilavətləri gələcək nəsillər üçün ilham mənbəyi oldu.

Misir Quran Radiosu proqramlarının bir hissəsini İslam dünyasının əfsanəvi səsi olan Əbdül-Basitin vəfat ildönümü – 30 noyabr şənbə günü müxtəlif saatlarda bu qarinin Quran tilavətlərinə həsr etdi.

Ustad Əbdül-Basit Əbdus-Ssaməd 30 noyabr 1988-ci ildə şəkər və qaraciyər xəstəliyindən dünyasını dəyişdi. Onun cənazə mərasiminə minlərlə insan qatıldı.

Burada bu seçilən qarinin "Qədr" surəsini tilavət etməsi yer alır.

4251303

Teqlər: Əbdül-Basit ، qiraət ، quran ، xristian
captcha