IQNA

Misirdə beynəlxalq Quran yarışı başlayacaq

11:09 - December 05, 2024
Xəbər sayı: 3497184
İQNA – 31-ci Misir Beynəlxalq Quran Müsabiqəsi 60 ölkədən iştirakçıların qatılması ilə keçiriləcək.

"Əl-Əhram" saytının verdiyi xəbərə görə, Vəqflər Naziri Osamə Əl-Cundi Quran hafizləri və qarilərini bir araya gətirəcək müsabiqənin 7-10 dekabr tarixlərində Qahirədə təşkil olunacağını bildirib.

Nazir açıqlamasında, onlayn qiymətləndirmələr nəticəsində indiyə qədər müsabiqədə iştirak etməyə haqq qazanan ümumilikdə 141 iştirakçının müəyyən edildiyini qeyd edib.

Bundan əlavə, Cundi müsabiqədə qalib gələnlər üçün 11 milyon Misir funtu məbləğində pul mükafatının ayrıldığını vurğulayıb.

O həmçinin bu beynəlxalq müsabiqəyə "Quranın Tərcüməsi" adı altında yeni bir kateqoriyanın əlavə olunduğunu qeyd edib.

Mısırlı alim bildirib ki, Vəqflər Nazirliyinin nəzarəti altında keçirilən bu müsabiqə Misirin Quranın dünyada yayılması və dəstəklənməsi sahəsindəki səylərini nümayiş etdirir.

4251727

Teqlər: misir ، quran ، beynəlxalq ، müsabiqə
captcha