Fələstin xəbər agentliyi "WAFA"-nın verdiyi məlumata görə, işğal altında olan Qüdsün Silvan bölgəsində İsrail əsgərlərinin dünən yaraladığı və yaralanmasına baxmayaraq həbs etdiyi 17 yaşlı Hüsam Yaqub Şuveyki vəfat edib.
İsrailin Qəzza Zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artmaqdadır.
Qərb sahili və Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri İsrail əsgərləri ilə Fələstin torpaqlarını işğal edən israillilərin hücumları nəticəsində ölən fələstinlilərin sayı 168-i uşaq olmaqla 802-yə yüksəlib.