"İQNA", "Kəfil" beynəlxalq kanalının saytına istinadən xəbər verir ki, bu mərasim Həzrət Abbas (ə) müqəddəs ziyarətgahından gələn heyət və bir qrup pakistanlı vətəndaşın iştirakı ilə baş tutub.
Bundan əlavə, Fatimeyi-Zəhra (s) xanımın şəhadətinin ildönümü münasibətilə 6 dekabr tarixindən etibarən Pakistanın Kəraçi şəhərində “Həzrət Fatimə (s) nicat yolu” şüarı altında ikinci qadın festivalı başlayacaq.
Yeddi gün davam edəcək bu festival, Həzrət Abbas (ə) müqəddəs ziyarətgahının Fikri və Mədəniyyət İşləri Şöbəsinə bağlı “Turasul-Ənbiya” (Peyğəmbərlərin İrsi) onlayn dini tədris institutunun Urdu bölməsi tərəfindən təşkil edilir.
Bu barədə Həzrət Abbas (ə) ziyarətgahının nümayəndəsi Şeyx Nasir Abbas Nəcəfi bildirib: “Festival çərçivəsində qızların dini yetkinlik mərasimi, Həzrət Fatimeyi-Zəhra (s) xanımın həyatı və məqamı ilə bağlı elmi araşdırmaların müzakirəsi, təhsil, dini və mədəni mərkəzlərlə tanışlıq turları, seminarlar və poeziya gecələri kimi müxtəlif tədbirlər keçiriləcək.”
Bu festival, Pakistan xalqı arasında Fatimeyi-Zəhra (s) xanımın şəhadətinin ildönümünü anmaq, İslam Peyğəmbərinin (s) dəyərli qızı Həzrət Fatimə (s) xanımın həyatının müxtəlif yönlərini tanıtmaq və müqəddəs Həzrət Abbas (ə) ziyarətgahının qadının məqamına verdiyi əhəmiyyəti göstərmək məqsədilə təşkil edilir.
4252409