IQNA

Qəzzada şəhidlərin sayı 44 min 976-ya yüksəlib

10:18 - December 16, 2024
Xəbər sayı: 3497252
İQNA - Sionist rejimin 436 gündür intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında şəhidlərin sayı 44 min 976 nəfərə çatıb.

Qəzzada şəhidlərin sayı artaraq 44 min 976-ya çatıb. Sionist rejimin Qəzza zolağında həyata keçirdiyi intensiv hücumlar 436 gündür ki, davam edir.

Fələstin Səhiyyə Nazirliyinin bəyanatında sionist rejim qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 5 hücumda 46 mülki vətəndaşın şəhid olduğu, 135 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Bu açıqlamada Qəzza zolağında 7 oktyabr 2023-cü ildə başlayan hücumların nəticəsində şəhid sayının 44 min 976, yaralı sayının isə 106 min 759-a yüksəldiyi bildirilib.

captcha