"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, məşhur Amerika şirkəti "Walmart"ın internet saytında İslami müqavimət hərəkatının şəhid komandiri Yəhya Sinvarın şəkli olan köynəklərin satılması sionist rejiminin etirazına səbəb olub.
İvrit mediası bildirib ki, amerikalı "Walmart" şirkətinin internet saytında Yahya Sinvarın şəkillərinin olduğu köynəklərin satışa çıxarılması məskunlaşanları qəzəbləndirib.
"Maariv" qəzeti bu Amerika şirkətinin internet saytında Yəhya Sinvarın şəkillərinin olduğu köynəklərin heç bir məhdudiyyət qoyulmadan satılmasını tənqid edib.
“Antisemitizmi dayandırın” adlı təşkilat bu Amerika şirkətindən həmin məhsulları vebsaytından çıxarmağı tələb edib, bundan sonra bu məhsullar şirkətin internet səhifəsinin satış bölməsindən çıxarılıb.
4256008