IQNA

Əl-Əzhər xəstəxanaları yaralı fələstinliləri qəbul etməyə hazırdır

1:29 - January 20, 2025
Xəbər sayı: 3497463
İQNA - Əl-Əzhər dünyadakı bütün azad insanları Qəzzəyə kömək etmək üçün humanitar səylərini səfərbər etməyə və yaralı fələstinlilərin xilasını sürətləndirmək üçün lazımi tədbirləri görməyə çağırıb.

"Əl-Qüds Əl-Ərəbi" saytının verdiyi məlumata görə, Əl-Əzhər İslam mərkəzi bildirib ki, mərkəz yaralı fələstinliləri qəbul etməyə və ağır vəziyyətdə olanlara qulluq etməyə tam hazırdır.

Fələstinlilərə dəstək məqsədilə Misir Zəkat və Sədəqə Evi yardım karvanları ilə fəaliyyət göstərəcək.

Əl-Əzhər Fələstin xalqının onlara qarşı vəhşicəsinə hərəkətlərə baxmayaraq vətənlərini müdafiə etməkdə göstərdiyi sabitlik, möhkəmlik və cəsarətini yüksək qiymətləndirib.

Əl-Əzhər İslam Mərkəzi Allahdan paytaxtı Qüds olan Fələstin dövlətinin qurulmasını və fələstinlilərin öz haqqlarına və şəhid qanı ilə sulanan torpaqlarına qovuşması üçün dua edib.

Sonda, Əl-Əzhər İslam Mərkəzi qeyd edib ki, Qəzzə şəhidlərinin adları xalqların zülm və ədalətsizliyə qarşı mübarizə tarixinə şərəf və qürurla həkk olunacaq və fələstinlilərin qanuni mübarizəsinin sona çatana qədər davam etdirilməsinə ilham verəcəkdir.

4260498

captcha