IQNA

Berlin nümayişləri İsrailin Qəzzaya və İordan çayının qərb sahilinə hücumlarını pisləyib

2:08 - February 04, 2025
Xəbər sayı: 3497561
İQNA – Fevralın 1-i şənbə günü Almaniyanın paytaxtı Berlində sionist rejimin İordan çayının qərb sahili və Qəzzəyə hücumlarını pisləyən nümayişlər keçirilib.

"Əl-Qüds Əl-Ərəbi" internet saytının verdiyi məlumata görə, Berlin Birləşmiş Fələstin Komitəsinin (VPNK) təşkil etdiyi nümayişdə iştirak edənlər İsrailin Qəzza və İordan çayının qərb sahilindəki hücumlarına etiraz etmək və Fələstinə dəstək vermək üçün Berlin bələdiyyəsinin qarşısına toplaşıblar.

Aksiya iştirakçıları daha sonra yürüş edərək “Fələstinə azadlıq”, “İsrail terror dövlətidir”, “Sionizm cinayətdir”, “Qəzzəyə azadlıq” və “Biz minlərik, milyonlarıq, Fələstin azad olacaq” şüarları səsləndiriblər.

Geniş təhlükəsizlik tədbirləri alan polis qrupları bir etirazçını nəzarətə götürdü.

Yürüş marşrutu üzərində olan Scholoss meydanında İsrail bayraqlarını açan qrup nümayişi qızışdırmağa çalışıb.

4263416

captcha