"İQNA"-nın verdiyi məlumata görə, İslam İnqilabının şanlı qələbəsinin 46-cı ildönümü və Fəcr ongünlüyü günləri ərəfəsində İqna Xəbər Agentliyinin təşəbbüsü ilə “İslam İnqilabı və Ailə Kimliyinin Yenidən İnşası” adlı beynəlxalq vebinar keçiriləcək.
Bu vebinar, "İQNA"-nın “Mubin Studio”sunun qonağı olaraq mədəniyyət üzrə ekspert və Təbar İnstitutunun direktoru Məryəm Mirzainin və müxtəlif ölkələrdən olan məruzəçilərin iştirakı ilə virtual bölmədə onlayn keçiriləcək.
Bu virtual görüş 11 fevral bazar günü saat 10:00-da "İQNA" saytında və Aparat səhifəsində canlı yayımlanacaq.
İndoneziyalı İslam alimi Zeynəb Tursani cəmiyyətin davamlılığında ailənin rolu haqqında; Kərbəla Əz-Zəhra Universitetinin (SA) prezidenti Zeynəb Mövla Əl-Sultani, Quran mədəniyyəti və İslam təlimləri ilə qohumluq əlaqələri mövzusunda; livanlı tədqiqatçı Fədvi Əbdül-Səttar, İslam İnqilabından sonra iranlı qadınların bütün sahələrdə əldə etdiyi diqqətəlayiq irəliləyişlər haqqında, Norveçdən İslam Vəqf İdarəsinin rəhbəri Rəvafid Əl-Yasiri isə ailə və sivil uşaq tərbiyəsi mövzusunda öz araşdırmalarını təqdim edəcəklər.
Vebinar Aparat saytında "www.aparat.com/iqnanews/live" adresində onlayn yayımlanacaq və bu virtual görüşdə iştirakçıların çıxışlarının məzmunu "İQNA" saytında yerləşdiriləcək.
4264707