Hər il minlərlə nəşriyyatın və ədəbiyyatsevərlərin bir araya gəldiyi Tehran Beynəlxalq Kitab Sərgisi İranın ən böyük mədəniyyət tədbirlərindən biri hesab olunur.
Nəşriyyatların, yazıçıların və akademiklərin mühüm görüş yeri olan tədbirdə geniş çeşiddə kitablar oxuculara təqdim olunacaq.
36-cı Tehran Beynəlxalq Kitab Sərgisinin şüarı “İran üçün oxuyaq” olaraq elan edilib.
Kitabsevərlərin səbirsizliklə gözlədiyi kitab sərgisi 7-17 may 2025-ci il tarixləri arasında İmam Xomeyni (r.ə) Müsəllasində keçiriləcək.