“Əl-Rəy “saytının verdiyi xəbərə görə, bu Quranlar “Quran nüsxəsini miras al” layihəsi çərçivəsində Ümrə zəvvarlarına, azlıqlara və Məscidül-Həramın ətrafında yaşayanlara paylanılıb.
Müxtəlif dillərdə yayılan 4 mindən çox Quran nüsxəsi Mədinənin Kral Fəhd Quran Çap və Nəşriyyat Mərkəzi tərəfindən çap edilib.
Acyad Bölgəsindəki Azlıqlar üçün Xəbərdarlıq, Rəhbərlik və Maarifləndirmə Dərnəyi tərəfindən həyata keçirilən bu aksiya ilə paylanan Qurani-Kərimlərin sayının 20 mindən çox artırılması planlaşdırılır.
Bu ixtisaslaşmış birlik Məscidül-Həram ətrafında müxtəlif proqramlar həyata keçirmək, Kəbənin qonaqlarını qəbul etmək, onlara xidmət və uyğun mühit yaratmaq məqsədi ilə fəaliyyət göstərir.
Digər xəbərdə Səudiyyə Ərəbistanının Dini İşlər Nazirliyinin Ramazan ayının əvvəlindən Avstraliyada oruc tutanlar üçün iftar proqramı həyata keçirdiyi bildirilib.
Avstraliyada bu iftar proqramı Ramazan ayı ərzində 7500 oruc tutan şəxs üçün həyata keçirilir və bu müqəddəs ayda Kral Fəhd Quran Çap və Nəşriyyat Mərkəzi tərəfindən ölkədə müxtəlif dillərdə 800 nüsxə Qurani-Kərim paylanıb.
4271241