IQNA

İsrailin səhər saatlarında Qəzzaya hücumu nəticəsində 16 fələstinli həlak olub

4:29 - March 25, 2025
Xəbər sayı: 3497889
İQNA - İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində ən azı 16 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb.

“İQNA”-nın “Səfa”ya istinadən verdiyi xəbərə görə, Fələstin mənbələri İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah şəhərlərinə aviazərbələrini yenidən başlatması nəticəsində 16 fələstinlinin şəhid olduğunu bildirib.

İşğalçılar hava zərbələrini Xan Yunisə yönəldib və şəhərin şərq və qərbində köçkünlərin çadırlarını və qalan evləri bombalayır.

Qəzzanın Şücaiyyə məhəlləsindən də bu məhəllədə evin partladılması zamanı 4 fələstinlinin şəhid olması xəbəri var. Xan Yunis bölgəsində 5 mülki avtomobilin hədəfə alınması zamanı 6 Fələstin vətəndaşı da yaralanıb.

Bu xəbərə əsasən, sionistlər martın 24-ü səhər saatlarından etibarən Xan Yunis şəhərinə qarşı 15 hava hücumu həyata keçiriblər.

4273544

captcha