IQNA

Dünyanın ən uzun əlyazma Quranı İmam Hüseynin (ə) hərəminə hədiyyə edilib

5:04 - April 23, 2025
Xəbər sayı: 3498065
İQNA – Bəhreyn Əl-Mühərraq İntellektual və Mədəniyyət Mərkəzi İraqın Kərbəla şəhərindəki İmam Hüseynin (ə) hərəminə dünyanın ən uzun Qurani-Kərim əlyazmasını hədiyyə edib.
kod

 

İmam Hüseynin (ə) hərəminin informasiya mərkəzinin verdiyi məlumata görə, Kərbəlada keçirilən mərasimdə Quranın ən uzun əlyazma nüsxəsi hərəmin qəyyumlar şurasına və İraqdakı şiə mərcəyi-təqlidinin nümayəndəsi Şeyx Əbdül-Mehdi Kərbəlayiyə təqdim edilib.

Quran 1250 metr uzunluğundadır və bir-birinə sarılan iki çarxın üzərində yazılmışdır və bu, Quranın dünyada bu formada və ölçüdə yazılmış ən uzun əlyazmasıdır.

Əl-Muhərrəq Mərkəzi ümid edir ki, bu Qurani-Kərim Ginnesin Rekordlar Kitabına düşəcək. Beləliklə, bütün dünyada insanlar bu müqəddəs kitabın əhəmiyyəti və müqəddəsliyi ilə tanış ola biləcəklər.

Mərkəz bildirir ki, bu Qurani-Kərim Allah kəlamına qarşı düşmən hücumlarına cavabdır və ilahi riza və İslam dininə xidmətdə nailiyyət sayıla bilər.

Əl-Muhərrəq Mərkəzinin verdiyi açıqlamaya görə, sözügedən Qurani-Kərim nüsxəsi koronavirus pandemiyası zamanı bədii və məharətlə yazılmış və 25 aprel 2022-ci ildə tamamlanmışdır.

4277353

captcha