“İQNA”-nın Rusiyanın “Əl-Yəvm” saytına istinadən verdiyi məlumata görə, 2024-cü ildə Ümrə zəvvarlarının sayının 16,9 milyon nəfərə yüksəldiyini bildirən nazir Tofiq Əl-Rabia Səudiyyə rəsmilərinin giriş prosedurlarını asanlaşdırmaq səylərinin bu artıma səbəb olduğunu bildirib.
Nazir bildirib ki, zəvvarların təcrübələrini artırmaq üçün bir çox tarixi və mədəni yerlərin inkişafı üçün səylər göstərilir.
Bununla bağlı o, son bir ildə Məkkə və Mədinədə 15-dən çox yerin hazırlandığını və zəvvarların qəbulu üçün açıq olan yerlərin ümumi sayının 55-ə çatdığını izah edib.
Nazir Tofiq Rabia Məscidün-Nəbinin genişləndirilməsi layihəsinin ziyarətçilərin sayının artmasına mühüm töhfə verdiyini qeyd edib.
Məscidül-Həram və Məscidün-Nəbi İşləri Baş İdarəsindən verilən açıqlamada, süni intellekt texnologiyasından istifadə edərək zəvvarların varlığı təhlil edilərək Məscidün-Nəbi ziyarəti üçün ən uyğun vaxtın müəyyən edildiyi, çoxdilli işarələrin qoyulduğu, yaşlı və əlillərə xüsusi xidmətlər göstərildiyi bildirilib.
4278479