“Əl-Kəfil” kanalının verdiyi xəbərə görə, Türbənin Əlyazmalarını Vizuallaşdırma və Kataloqlaşdırma Mərkəzindən Əhməd Məhəmməd Abdullah, Mərkəz Həzrət Abbasın (ə) hərəminin kitabxanasındakı 2 min əlyazmanın ətraflı Kataloqlaşdırmasını apardığını bildirib.
O, əlyazmaların dörd cilddə çap olunduğunu, beşinci cildinin hazırda çap mərhələsində olduğunu izah edib.
Əlyazmaların kataloqlaşdırılmasında əlyazmanın başlığı, müəllifin adı, yazı tarixi və yerinin qərarlaşdığını bildirən Abdullah, “Quran nüsxələri, Nəhcül Bəlağə və Səhifeyi Səccadiyyə kimi mühüm mətnlər tədqiqatçılar üçün əhəmiyyətlidir” dedi.
Mərkəz həmçinin “Əlyazma irsi üçün rəqəmsal arayış” adlı internet saytını sənədləşdirib və rəqəmsallaşdırıb, dünyanın dövlət və özəl kitabxanalarının kataloqlarını siyahıya alıb və orada yüz min altı yüz altı kataloqlanmış əsərin olduğunu qeyd edib.
4279756