IQNA

Fransanın daxili işlər naziri universitetlərdə hicabın qadağan edilməsi təklifini vurğuladı

10:40 - May 06, 2025
Xəbər sayı: 3498136
İQNA - Fransanın daxili işlər naziri universitetlərdə hicabın qadağan edilməsini dəstəklədiyini bir daha bəyan edib. Bu açıqlamaların bu ölkə cəmiyyətində çoxlu müzakirələrə səbəb olacağı gözlənilir.

“İQNA”-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın daxili işlər naziri Bruno Retilio, universitetlərdə hicabın qadağan edilməsini dəstəklədiyini bir daha bəyan edib. Bu ifadələr ictimai məkanlarda dünyəvilik və dini simvollarla bağlı milli müzakirələri dərinləşdirə bilər.

Retilio televiziya proqramında təhsildə dini simvollarla bağlı mövcud məhdudiyyətlərin ali təhsil müəssisələrini əhatə etməsinin tərəfdarı olduğunu vurğuladı.

O, bildirib: “Mən bunun baş verməsini istərdim, çünki bilirəm ki, bu, müsəlmanların ənənəvi inancını əks etdirməyən islamçılığın bir formasıdır”.

Onun şərhləri Fransa prezidenti Emmanuel Makronun ölkənin dini azadlığa hörmət etdiyini və müsəlmanlar da daxil olmaqla bütün dini icmaların hüquqlarını qorumağa sadiq olduğunu deməsindən bir neçə gün sonraya təsadüf edib.

Retilio əlavə edib ki, onun niyyəti müsəlmanları marjinallaşdırmaq deyil. O deyib: “Mən daxili işlər və dini işlər naziri kimi məsələnin həssaslığını başa düşürəm. Mən belə bəyanatlar verəndə istəmirəm ki, müsəlman soydaşlarımız özlərini hədəfə alındıqları kimi hiss etsinlər.

O, əksinə, bildirib ki, mən hesab edirəm, bu məsələni diqqətlə izah etməli və siyasi islamçılığın əslində müsəlman dindarların imanını təhrif etdiyini vurğulamalıyıq. Bu fərqi qoymaq hər kəsin marağındadır.

Retilionun yeni təklifinin Fransada və ondan kənarda vətəndaş hüquqları qrupları və dini təşkilatlar tərəfindən daha çox müzakirələrə səbəb olacağı gözlənilir.

4280268

Teqlər: fransa ، hicab ، universitet ، qadağa
captcha