IQNA

Xorvatiya Beynəlxalq Quran Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11:03 - May 24, 2025
Xəbər sayı: 3498237
İQNA - Üçüncü Avropa Beynəlxalq Quran Hifzi Yarışması Xorvatiyanın Riyeka şəhərindəki İslam Mədəniyyəti Mərkəzində qaliblərin mükafatlandırılması ilə başa çatıb.

“Qna.org.qa”-nın verdiyi məlumata görə, müsabiqə Xorvatiyanın Dini İşlər Nazirliyi tərəfindən təşkil olunub.

10 ildən çox əvvəl Qətərin dəstəyi ilə açılan Rijeka İslam Mədəniyyət Mərkəzinin ev sahibliyi etdiyi yarışa münsiflər heyətinin üzvü olan qətərli hakim Seyid Yusif Həsən Əl-Həmmadi rəhbərlik edib.

Xorvatiya Quran müsabiqəsində Avropa, Asiya və Afrikadan 20 ölkənin nümayəndəsi iştirak edib.

Bu tədbir hafizlərin bir araya gələrək Quran hifzi və qiraəti sahəsində təcrübələrini bölüşdüyü qlobal platformaya çevrildi.

Bu yarışmada Xorvatiya, Qətər, Bosniya və Herseqovina, Şimali Makedoniya, Serbiya, Əlcəzair, Türkiyə, Qvineya, İsveç, Banqladeş, Livan, Tunis, Finlandiya, Pakistan, Almaniya, Belçika, İspaniya, Albaniya, İngiltərə və Kosovo iştirak edib.

Beynəlxalq yarışmada yaşı 35-dən yuxarı olanlar arasında isveçli Məhəmməd Əbdi birinci, livanlı Osman Nəcda ikinci, qvineyalı Bari Süleyman Əbubəkr üçüncü olub.

Tədbirdə Quran tilavəti, ilahilər və maarifləndirici tədbirlər keçirilib.

Müsabiqə ailələr və yerli ictimaiyyət tərəfindən çox yaxşı qarşılandı.

4283870

captcha