IQNA

Kann Film Festivalında qırmızı xalçada hicablı keçid

11:27 - May 28, 2025
Xəbər sayı: 3498265
İQNA - Somali əsilli müsəlman model Ravza Muhəmməd 2025-ci il Kann Film Festivalında qırmızı xalçadan inamla keçərək hicab və İslami geyimi ilə bir çox qadınlar üçün hicabın güc, azadlıq və mədəni kimliyin simvolu olduğunu vurğuladı.

Xəbərə görə, somalili model bu il Kannda qırmızı xalçada Chenille Chan paltarı və Fransız zinət əşyaları Boucheron geyinərək çıxıb. O, hicablı dəbli və müasir libas seçimi ilə böyük diqqət çəkib.

O, müsəlman qadınlara hicab taxmaqla, dini və fərdi kimliyini qoruyub saxlamaqla belə uğur qazana, qlobal dairələrə girə və parlaya biləcəyini göstərməyi bacarıb.

Kann Film Festivalı hər il kino və moda dünyasının ən böyük ulduzlarının iştirak etdiyi dünyanın ən məşhur və nüfuzlu kino tədbirlərindən biridir.

Ravza Muhəmməd Somalidə anadan olub və 8 yaşında ikən Belçikaya köçüb. Moda dünyasına addım atmaqla beynəlxalq brendlərin diqqətini çəkib.

Bu modelin uğuru təkcə istedadı və fiziki xüsusiyyətləri ilə deyil, həm də dini dəyərləri ilə diqqət çəkir. Moda sənayesində müsəlman qadın olaraq dini kimliyinə sadiq qalmağı bacarıb və bu sektorda yaxşı karyera qurub.

O, İslami geyim və İslam prinsiplərinə sadiq qalaraq, müsəlman ola biləcəyini və hələ də moda dünyasında uğur qazana biləcəyini dünyanın bütün qadınlarına sübut etdi.

Rəvzanın əksər modellik layihələrində dini prinsiplərə uyğun olaraq İslami geyimlərdən istifadə etməsi ona sənayedə xüsusi yer qazandırmaqla yanaşı, digər müsəlman modelləri və moda dünyasına daxil olmağı planlaşdıran gənc qızları da ruhlandırıb.

O, uğurunu təkcə xarici görünüşü və modellik bacarığı ilə deyil, həm də İslam dini kimliyinin, inancının və mədəniyyətinin qəbulu ilə bağlı müsbət mesajlar verməklə nümayiş etdirib.

Uğurlu model müsahibələrində moda dünyasında müsəlman olmağın dəyərindən və əxlaqi prinsiplərə riayət etməyin vacibliyindən danışıb.

Müsəlman modeli olaraq Ravza Muhəmməd bir çox problemlərlə üzləşib.

İnstaqram sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan Rəvza “Başıma toxunma” paylaşımı ilə böyük diqqət çəkib.

Fransa kimi bəzi ölkələrdə hicabın qadağan edilməsi ilə bağlı qəbul edilən məhdudlaşdırıcı qanunlara cavab olaraq bu paylaşımı edən model, Avropada və müxtəlif cəmiyyətlərdə baş örtülü qadınların üzləşdiyi çətinliklərə toxunub.

Ravza bir çox qadınlar üçün hicabın güc, azadlıq və mədəni kimlik simvolu olduğunu vurğulayaraq, hicabın şəxsi haqqı və seçimi olduğuna inandığını, heç kimin geyim tərzinə görə mühakimə olunmaması və təqib edilməməsi lazım olduğuna inanır.

Somali əsilli model Fələstin xalqını dəstəklədiyini, onun zülm və işğala qarşı mübarizəsini açıq şəkildə bəyan edib. O, bir müsəlman fəal kimi media və sosial mediada dəfələrlə Fələstin məsələsinə həssaslığını və dəstəyini ifadə edib.

4284667

captcha