İQNA-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, Şeyx İkrəmə Sabri vurğulayıb ki, sionist rejim son dövrlərdə bölgədə baş verən müharibələrdən, o cümlədən Qəzzaya təcavüz və İranla qarşıdurmalardan sui-istifadə edərək sərt təhlükəsizlik tədbirləri tətbiq edib və bununla da yüz minlərlə fələstinli müsəlmanın Əl-Əqsa məscidinə daxil olmasının və dini ibadətlərini yerinə yetirməsinin qarşısını alıb.
O, bu tədbirlərin arxasında duran məqsədlərə toxunaraq bildirib: “Bu məhdudiyyətlər sionistlərin Əl-Əqsa məscidinə olan tamahı və İslam Vəqfləri İdarəsinin – bu müqəddəs məkanın yeganə rəsmi və qanuni idarəedici orqanı – səlahiyyətlərini azaltmaq üçün davamlı səyləri çərçivəsində həyata keçirilir.
Şeyx Sabri əlavə edib ki, bütün bu tədbirlər ibadət edənlərin Əl-Əqsa məscidində iştirakının qarşısını almaq məqsədi daşıyır; bu isə həm dini, həm insani, həm də beynəlxalq qanunlarla açıq-aşkar ziddiyyət təşkil edən narahatedici və qəbuledilməz bir siyasətdir.
4290782