IQNA

Yəmən “Ənsarullah” hərəkatının rəhbəri:

Amerika və İsrailin azğınlığına qarşı durmaq bir imani məsuliyyətdir

11:04 - July 07, 2025
Xəbər sayı: 3498481
İQNA - Seyid Əbdülməlik əl-Husi İmam Hüseynin (ə) şəhadətinin ildönümü münasibətilə etdiyi çıxışda bildirdi: Düşmənin bu ümmətə, xüsusilə Fələstində kütləvi qətliamlar və hər cür zülm və cinayətlərlə etdiyi haqsızlıqlar qarşısında, bizə bir imani vəzifə düşür ki, Amerika və İsrailin azğınlığına qarşı mübarizə aparaq.

“İQNA” xəbər agentliyinin “əl-Məsirə” xəbər saytına istinadən verdiyi məlumata görə, “Ənsarullah” hərəkatının lideri Aşura günü münasibətilə çıxışında dedi: “İmam Hüseynin (ə) şəhadətinin ildönümünü anmaq, əslində Həzrət Peyğəmbərə (s) ehtiram göstərmək və onunla həmrəy olmaq deməkdir. Biz bu günü yad etməklə istəyirik ki, İmam Hüseynin (ə) hidayət yolunu davam etdirək və onu özümüzə örnək götürək”.

O əlavə etdi: “İmam Hüseynin (ə) böyük bir amalı var idi – bu da İslamdır. Onun ardınca getdiyi İslam, sülhün banisidir, yoxsa təslimçilik və güzəşt yox”.

Əl-Husi qeyd etdi: “Amerika və İsrailin azğınlığı qarşısında boyun əymək və onlara tabe olmaq, dünya və axirətdə ziyana, zillət və alçalmaya səbəb olar”.

Yəmən “Ənsarullah” lideri əlavə etdi: “Biz ümmətimizin daxilində Amerikanın və İsrailin istibdadına qarşı düzgün mövqe tutmaqda getdikcə artan bir sürət və oyanış müşahidə edirik. Bu yüksək örnəklər sırasında Qəzza və Livandakı sabitlik, İslam Respublikasının (İran) duruşu, İraqın azad xalqı və imani ayaqlanmanın baş verdiyi imanlı Yəmən və Ənsar övladları qeyd edilə bilər”.

Seyid Əbdülməlik Bədrəddin əl-Husi bir daha vurğuladı ki, Yəmən Fələstin xalqına yardım etmə mövqeyində möhkəm dayanır və sionist rejim və İslamla, müsəlmanlarla düşmən olan Amerika ilə düşmənçilik yolunda davam edir. Bu iki rejim İslam ümməti üçün təhlükədir.

4292920

Teqlər: yəmən ، Ənsarullah ، amerika ، israil ، husi
captcha