IQNA

Yəmən Silahlı Qüvvələrinin sionist rejimə bağlı gəmiyə hücumu ilə bağlı bəyanatı

3:06 - July 10, 2025
Xəbər sayı: 3498497
İQNA - Yəmən Silahlı Qüvvələri verdiyi bəyanatda sionist rejimə bağlı bir gəminin hədəf alındığını açıqlayıb.

“İQNA”-nın “Əl-Aləm” kanalına istinadla verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələri bəyanat yayaraq bildiriblər ki, “ETERNITY C” adlı gəmi işğal altındakı Fələstində yerləşən Umm ər-Rəşrəş limanına doğru hərəkət edərkən bir pilotsuz uçuş aparatı (PUA) və altı idarəolunan və ballistik raketlə hədəf alınıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərii deyib: “Bu əməliyyat tam şəkildə qeydə alınıb və sənədləşdirilib. ETERNITY C gəmisi tamamilə batırılıb. Dəniz qüvvələrimizin mücahid döyüşçüləri gəmidəki bəzi heyəti xilas edərək onlara tibbi yardım göstərib və onları təhlükəsiz bir yerə köçürüblər.”

Yəmən Silahlı Qüvvələrinin bəyanatında vurğulanıb ki, sözügedən gəmi o vaxt hədəf alınıb ki, onu göndərən şirkət Yəmənin elan etdiyi qadağanı nəzərə almadan Umm ər-Rəşrəş limanı ilə əməkdaşlığını yenidən bərpa edib.

Gəmi Yəmən Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayıb, buna görə də hədəf alınıb.

Bəyanatda bildirilib ki, bu əməliyyat məzlum Fələstin xalqına dəstək və fələstinli mücahidlərin mübarizəsinə dayaq məqsədilə həyata keçirilib.

Yəmən Silahlı Qüvvələri sonda qeyd ediblər ki, işğalçı rejimin Qırmızı dəniz və Ərəb dənizindəki dənizçilik fəaliyyətinə qarşı mübarizə davam edəcək. Həmçinin bildirilib ki, işğal altındakı Fələstin limanları ilə əməkdaşlıq edən bütün şirkətlər və onların gəmiləri ilə heyət üzvləri heç bir bölgədə təhlükəsizlikdə olmayacaqlar. Biz bütün şirkət və ölkələri sionist rejimlə əməkdaşlığın nəticələri barədə xəbərdar edirik. Məqsədimiz sionist rejimin Qəzzaya qarşı hücumlarını dayandırmaq və bu bölgəyə tətbiq olunan mühasirəni ləğv etdirməkdir.

4293523

captcha