“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, bu təşkilatların nümayəndələri ortaq bir bəyanatda bildiriblər ki, Qəzzada mülki infrastruktur sistematik şəkildə məhv edilir və böyük bir humanitar fəlakət yaşanmaqdadır.
Bəyanatda deyilir:
“Minlərlə insan həyatını itirib, çoxlu sayda insan itkin düşüb və insanlar su və yemək axtararkən öldürülür. Aclıq müharibə silahı kimi istifadə olunur və humanitar yardımlar qəsdən məhdudlaşdırılır”.
Bu bəyanatda, ABŞ və işğalçı rejimin nəzarəti altında Qəzza zolağında fəaliyyət göstərən “Qəzza Humanitar Təşkilatı” da tənqid olunaraq bildirilib:
“Əhalinin didərgin düşməsini artıran yardım strukturu nəinki bir həll yolu deyil, əksinə, böhranı daha da dərinləşdirir”.
İslam təşkilatları həmçinin Qəzzada beynəlxalq hüququn geniş şəkildə pozulmasına işarə edərək vurğulayıblar ki, sionist rejimin müharibə cinayətləri törətdiyinə dair açıq sübutlar mövcuddur və bu sübutlar sosial şəbəkələrdə də geniş yayılıb.
Bəyanatda həmçinin İordan çayının qərb sahilindəki ağır vəziyyətə də toxunulub və bildirilib ki, işğal və məcburi köçürmə siyasətləri bu bölgədə də durumu daha da böhranlı vəziyyətə salıb.
Bəyanatın digər bir hissəsində belə sual verilir:
“Avropa hökumətlərinin İsrailin cinayətlərinə reaksiyası əsasən simvolik və qeyri-effektiv olmuşdur. Bəs insan hüquqlarına sadiqlik iddiası ilə bu fəaliyyətsizliyi necə uzlaşdırmaq olar? Avropa siyasətindəki qırmızı xətlər haradadır?”
Bəyanatın sonunda imzalayan təşkilatlar aşağıdakıları tələb edirlər:
Qəzzada dərhal atəşkəs elan edilməsi və soyqırımın dayandırılması
Humanitar yardımların bölgəyə sərbəst girişinə icazə verilməsi
Sionist rejimə silah ixracının dayandırılması
Beynəlxalq Cinayət Məhkəməsinin işinə siyasi müdaxilə və təzyiq olmadan davam etməsi
Jurnalistlərin bölgədə azad fəaliyyətinin təmin olunması
Fələstin dövlətinin rəsmən tanınması
Əsir və məhbusların azadlığa buraxılması
4293585