IQNA

Misir Darul-İftasının ziyarətgah olan məscidlərdə namaz qılmaqla bağlı fətvası

18:22 - July 20, 2025
Xəbər sayı: 3498554
İQNA - Misir Dar əl-İftası verdiyi bir fətvada bildirib ki, Allahın saleh övliyalarının qəbirləri (zəvvarlıqları) olan məscidlərdə namaz qılmaq caizdir və bu, İslam şəriətinin əsas və prinsipləri ilə ziddiyyət təşkil etmir.

“Əs-Sədyul-Bələd” xəbər agentliyinin məlumatına görə, Darul-İfta vurğulayıb ki, bu cür məkanlarda ibadət etmək dini cəhətdən doğrudur və bunda heç bir problem yoxdur.

Bu fətva, ziyarətgah olan məscidlərdə namaz qılmağın hökmü, bu məkanlara ziyarətə getmək və orada dua etməyin hökmü barədə daxil olmuş sorğuya cavab olaraq verilmişdir.

Darul-İfta öz rəsmi veb saytında açıqlayıb ki, ziyarətgah inşa etmək özü-özlüyündə haram deyil; əksinə, İslam şəriətinə əsasən icazəlidir. Bu yerləri ziyarət etmək müstəhəb (bəyənilən) bir əməldir, çünki bu cür ziyarətlər insanlara ölümü və axirət həyatını xatırladır. Peyğəmbər (s) İmam Müslimdən nəql olunan bir hədisdə belə buyurmuşdur: “Qəbiristanlıqları ziyarət edin, çünki onlar sizə ölümü xatırladır.”

Veb saytda o da qeyd olunub ki, müsəlman bir şəxs ziyarətgahı ziyarət etdikdə və ya onun yaxınlığında namaz qıldıqda diqqətini yalnız Allaha yönəldir, orada dəfn olunan şəxsə və ya onun qəbrini qoruyana yox.

Darul-İfta bildirib ki, Allah dostlarının ruhları əbədidir – bu, müsəlmanların əqidəsinə daxildir. Bu səbəbdən, qəbir ziyarəti İslamda məqbul və qanuni sayılan bir sünnədir və bu, insanın axirət həyatına olan bağlılığını gücləndirir.

Qurana istinad

Misir Darul-İftası xüsusilə Peyğəmbərin (s) Əhli-Beytinin ziyarətgahlarını misal gətirərək bildirib ki, bu məkanlar cənnət bağlarından bir bağdır və bu yerlərin ziyarəti Allah Rəsuluna (s) yaxınlıq məqsədi ilə edilən savab bir əməldir. Qurani-Kərimdə də bu haqda buyurulur:

“De: Mən bu (risalət) qarşılığında sizdən heç bir mükafat istəmirəm, məgər qohumlarıma (Əhli-Beytimə) olan məhəbbəti”. (Şura, 23)

Darul-İfta həmçinin Qurani-Kərimin “Kəhf” surəsinin 21-ci ayəsinə də istinad edərək bildirib ki, saleh şəxslərin qəbrinin üstündə məscid tikmək caizdir:

“Mübahisədə üstün gələnlər dedilər: Biz mütləq onların (qəbirlərinin) üzərində bir məscid tikəcəyik”.

Darul-İfta açıqlamasının sonunda qeyd edib ki, bu məsələ İslam şəriətinə əsasən artıq həll olunmuşdur və ziyarətgah olan məscidlərdə namaz qılmağın tövhid əqidəsinə zidd olduğunu iddia edənlərin sözləri əsassızdır.

4294672

Teqlər: misir ، ziyarətgah ، namaz ، məscid
captcha