“İQNA”-nın “əl-Ərəbiyyu-l-Cədid”ə istinadla verdiyi xəbərə görə, Tunisin Ən-Nəhdə hərəkatının rəhbəri Rəşid əl-Ğannuşinin müdafiə heyəti bir bəyanat yayaraq bildirib ki, o, İsrail rejimi tərəfindən demək olar ki, 22 aydır soyqırım müharibəsinə məruz qalan Qəzza xalqı ilə həmrəylik məqsədilə həbsxanada aclıq aksiyasına başlayıb.
Bəyanatda deyilir: “Bu aclıq aksiyası, Qəzzanın mühasirəsinin aradan qaldırılması və bu soyqırım və aclıq müharibəsinin dayandırılması üçün təzyiq göstərmək məqsədilə Fələstin müqavimət qruplarının çağırışına cavab olaraq həyata keçirilir.”
Tunisin sabiq Nümayəndələr Məclisinin sədrinin müdafiə heyəti əlavə edib: “Ustad Rəşid əl-Ğannuşinin müdafiə heyəti milli və beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir ki, o, bu günlərdə Qəzza xalqı ilə həmrəylik olaraq aclıq aksiyasına başlayıb.”
2023-cü il aprelin 17-də Tunis təhlükəsizlik qüvvələri Rəşid əl-Ğannuşini həbs edib. O, “ölkənin təhlükəsizliyi əleyhinə təhrikedici çıxışlar etmək” ittihamı ilə 22 il həbs cəzasına məhkum olunub.
Əl-Ğannuşi bundan əvvəlki bir bəyanatında bildirmişdi: “Fələstin və Məscidül-Həram İslam ümmətinin iki əsas məsələsi, İslam hakimiyyətinin mərkəzi və bu ümmətin izzət və hakimiyyətinin simvoludur. Bu iki nur – Məscidül-Həram və Məscidül-Əqsa – ümmətin döyünən qəlbidir və bu qəlbdə hər hansı yad bir varlığın olması təhlükəyə işarədir. Buna görə də, bu varlıqla mübarizə aparmaq üçün hər kəs səfərbər olmalıdır.”
4297620