IQNA

Omanın baş müftisinin Qəzzadakı müqavimətə tövsiyəsi: “Silahınızı yerə qoymayın”

2:10 - August 08, 2025
Xəbər sayı: 3498664
İQNA - Omanın baş müftisi Fələstin müqavimətinə ünvanladığı bir mesajda onlara tövsiyə edib ki, sionist rejim qarşısında silahlarını yerə qoymasınlar, çünki bu halda heç bir fayda əldə etməyəcəklər.

“İQNA” xəbər verir ki, Omanın baş müftisi şeyx Əhməd Xəlili şəxsi "X" sosial şəbəkə səhifəsində paylaşdığı mesajda Fələstin müqavimətinə tövsiyə edərək bildirib: “Əgər silahlarını yerə qoysalar, heç kim onlara fayda verə bilməz”.

Omanın baş müftisi Fələstin xalqını Qurani-Kərimin hökmlərinə sadiq qalmağa və yaxşı və pis günlərdə səbirli olmağa çağırıb.

O, bəzi müsəlman ölkələrindən Qəzza müqavimətinə silahlarını təhvil verməklə bağlı çağırışların edilməsinə təəccübləndiyini bildirib və deyib: “Bu çağırışlar o halda edilir ki, düşmən Qəzza xalqını hər tərəfdən mühasirəyə alıb və ölümcül silahlarla hücumdan, ərzaq və dərman blokadasından çəkinmir”.

Bir neçə gün əvvəl isə Omanın baş müftisi beynəlxalq qurumları və dünya ictimaiyyətini Qəzzaya göndərilən yardımların oğrular tərəfindən ələ keçirilməsinin və bu yardımların baha qiymətə satılmasının qarşısını almağa çağırmışdı.

4298485

Teqlər: oman ، fələstin ، müfti ، cihad
captcha