İQNA-nın İSNA Agentliyinə istinadla verdiyi xəbərə görə, “Reuters” yazıb ki, ABŞ-ın Suriyə üzrə xüsusi elçisi və bir müddət Livan üzrə də xüsusi elçi olmuş Tom Barakın təqdim etdiyi plan ötən gün Livan Nazirlər Kabinetinin iclasında müzakirə olunub. Bu, Hizbullahı silahsızlaşdırmaq üçün indiyədək irəli sürülən ən detallı təklif kimi qiymətləndirilir.
Livanın informasiya naziri Pol Murkus bildirib ki, hökumət yalnız planın məqsədlərini təsdiqləyib, detalları müzakirə etməyib. Məqsədlərə qeyri-dövlət silahlı qruplarının, o cümlədən Hizbullahın tədricən silahsızlaşdırılması, Livan ordusunun sərhəd və strateji bölgələrdə yerləşdirilməsi, İsrailin beş mövqedən çıxması, əsir məsələsinin dolayı danışıqlarla həlli və Livan-Suriya-İsrail sərhədlərinin dəqiq müəyyənləşdirilməsi daxildir.
ABŞ Dövlət Departamenti Livan ordusunun bütün silahların toplanmasına məsul təyin olunmasını alqışlayıb. İsrail tərəfi isə məsələ ilə bağlı şərh verməyib. Hizbullah rəsmiləri təklifə münasibət bildirməsələr də, hərəkata aid nazirlər və Əməl hərəkatı nazirləri etiraz olaraq iclası tərk ediblər.
İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, bu, Hizbullahı silahsızlaşdırmaq üçün ilk cəhd deyil və qərar yalnız təşkilatın özünə məxsusdur.
Planın mərhələləri belədir:
Livanın Baş naziri Nəvaf Salam bildirib ki, ordu ilin sonunadək silahların təkcə dövlətin ixtiyarında olması üçün icra planı hazırlayacaq.
Hizbullah isə bəyan edib ki, bu qərar Livanın müdafiə gücünü zəiflədəcək, İsrailin istədiyinə nail olmasına şərait yaradacaq və ABŞ diktəsi ilə qəbul olunub. Hərəkat, əvvəlcə İsrailin işğala son qoyması və Livanın bütün ərazilərdən azad edilməsi zərurətini vurğulayıb.
4298875