“İQNA”-nın “News Room”-a istinadla verdiyi xəbərə görə, Çeşita məscidi Hindistanın 79-cu müstəqillik günü və İslam Peyğəmbərinin (s) mövludu münasibətilə “Məscidimlə tanış olun” layihəsini həyata keçirib. Bu layihə çərçivəsində məscid qeyri-müsəlmanların da üzünə açılıb.
Layihə zamanı qeyri-müsəlmanlara İslam ayinləri haqqında əyani izahlar təqdim olunur ki, bu da Hindistanın ortaq mədəniyyəti çərçivəsində dözümlülük, birgəyaşayış və dinlərarası anlayışı gücləndirməyi əks etdirir.
Hindistan Darul-iftası bildirib: “İslamda sülh şəraitində birgəyaşayış prinsipini göstərən əsas cəhət odur ki, İslam özündən əvvəlki səmavi dinləri inkar etməmiş, əksinə, ardıcıllarını bütün kitab və peyğəmbərlərə iman gətirməyə və onları bir-birindən ayırmamağa mükəlləf etmişdir. Dini qanunların müxtəlifliyi isə Allah-təalanın iradəsinin bir nəticəsidir və dəyişdirilə bilməz”.
Mərkəz əlavə edib: “İslamın uca məqsədləri – Allah-təalaya ibadət, nəfsin tərbiyəsi və yeri abadlaşdırmaq – iman və daim qeyri-müsəlmanlarla dinc birgəyaşayışa dəvətin əsasını təşkil edir”.
Darul-ifta onu da vurğulayıb ki, birgəyaşayış anlayışına İslam baxımından, xüsusilə də yəhudi və xristianlarla münasibətlərdə nəzər salsaq, görərik ki, bu anlayış əqidəvi bir əsasdan qaynaqlanır. Həmçinin aydın olur ki, İslam yəhudi və xristianlarla digər insanlara nisbətən daha çox birgəyaşayışa diqqət ayırır. Çünki onlar da Uca Allaha iman gətirənlərdir. Bu baxımdan, İslam öz sivilizasiya anlayışı ilə hər bir insanı onlarla birgəyaşayışa uyğun görür.
4301190