IQNA

İslam Dünyası Liqası Qəzzada Nasir xəstəxanasının bombalanmasını pisləyib

10:08 - August 27, 2025
Xəbər sayı: 3498764
İQNA - İslam Dünyası Liqası bəyanat yayaraq sionist rejimin Qəzzə zolağında yerləşən Nasir Tibb Kompleksini və qaçqınların çadırlarını bombalamasını pisləyib.

“İQNA”-nın İslam Dünyası Liqasının məlumat portalına istinadla verdiyi xəbərə görə, sionist rejimin Qəzzə zolağının cənubunda, Xan Yunisdə yerləşən Nasir Tibb Kompleksini bombalaması ilə bağlı İslam Dünyası Liqası bəyanat yayaraq bu cinayəti ən sərt şəkildə pisləyib.

Həmçinin Xan Yunisdə Müvasi bölgəsində qaçqınların sığındığı çadırın hədəfə alınması da pislənib.

İslam Dünyası Liqasının baş katibi və Müsəlman Alimlər Təşkilatının sədri şeyx doktor Məhəmməd bin Əbdülkərim əl-İsa təşkilat katibliyi tərəfindən yayılan bəyanatda işğalçı İsrail dövlətinin heç bir məhdudiyyət tanımadan Qəzzə zolağında mülki şəxslərə və mülki obyektlərə qarşı törətdiyi bu dəhşətli cinayətləri qınayıb.

O, bir daha beynəlxalq ictimaiyyətə müraciət edərək öz mənəvi və hüquqi məsuliyyətlərini yerinə yetirməyə, işğalçı İsrail dövlətinin fələstinlilərin həyatını və hüquqlarını görməməzlikdən gəlməyə davam edən müharibə maşınına qarşı təcili və ciddi mövqe ortaya qoymağa çağırıb.

4301814

captcha