“İQNA”-nın İraq rəsmi xəbər agentliyi (INA)na istinadla verdiyi xəbərə görə, İraq Federal Polisi Samirra şəhərində İmam Həsən Əskərinin (ə) ziyarəti ilə bağlı xüsusi təhlükəsizlik planının uğurla icra olunduğunu açıqlayıb.
Əskəriyyəyn müqəddəs hərəmi həmçinin bildirib ki, İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü mərasimində dörd milyondan çox zəvvar Samirra şəhərində iştirak edib.
Hərəmin bəyanatında qeyd olunub ki, İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü ilə bağlı təhlükəsizlik və xidmət planı uğurla həyata keçirilib və İraqın daxilindən və xaricindən müqəddəs Samirra şəhərinə gələn zəvvarların sayı dörd milyona çatıb.
Bəyanata əsasən, İraqın müxtəlif bölgələrindən gələn 100 heyət çərçivəsində 4190-dan çox nəfər İmam Həsən Əskərinin (ə) zəvvarlarına xidmət üçün könüllü olub. Həmçinin bu münasibətlə 1240 əzadarlıq dəstəsi və mökəbi fəaliyyət göstərib.
Əskəriyyəyn müqəddəs hərəminin bəyanatında vurğulanıb ki, xidmətçilərin əməkdaşlığı və koordinasiyası sayəsində İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü ilə bağlı təhlükəsizlik və xidmət planı öz bütün hədəflərinə çatıb və zəvvarlara xidmət, eləcə də ziyarət mərasimlərinin problemsiz keçirilməsi təmin olunub.
4302854