IQNA

Rusiya müftisi:

Hər zaman və hər şəraitdə İranın yanındayıq

10:11 - September 07, 2025
Xəbər sayı: 3498821
İQNA - Rusiyanın baş müftisi və bu ölkənin Müsəlmanlar Dini İdarəsinin sədri Şeyx Ravil Eynuddin İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri ilə görüşündə İran və Rusiya arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq dedi: “Biz hər zaman və hər bir şəraitdə İranın yanındayıq”.

“İQNA”-nın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatına istinadla verdiyi xəbərə görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS ölkələrinin ikinci müsəlman dini liderləri toplantısı ilə eyni vaxtda baş tutan bu görüşdə Şeyx Ravil Eynuddin İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri höccətülislam vəl-müslimin Məhəmmədmehdi İmanipurla öz aralarındakı dostluq, qəlbi və dərin əlaqələrə işarə edərək dedi: “Bizim dəvətimizi qəbul edib bu toplantıda iştirak etdiyiniz üçün səmimi təşəkkürümü bildirirəm və ümidvarıq ki, sizin dəstəyinizlə bu toplantının nailiyyətləri bu günün dünyasında müsəlmanların mövqeyinin möhkəmlənməsinə kömək edəcək”.

İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri də Rusiyanın və İranın müsəlman icmaları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini açıqlayaraq dedi: “İran İslam İnqilabının Ali Lideri həzrət Ayətullah Xameneinin dünyadakı müsəlmanların birliyini, qarşımızda duran fitnələrə qarşı qorumaq zərurətinə etdiyi vurğular bu məsələnin bu günün dünyasında nə qədər önəmli olduğunu göstərir”.

İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri höccətülislam Məhəmmədmehdi İmanipur İran İslam Respublikası adından “BRİKS ölkələrinin ikinci müsəlman dini liderləri toplantısı”nda və “Altıncı Beynəlxalq Mənəvi İpək Yolu Konfransı”nda Rusiya Baş Müftisinin və Braziliya Müsəlmanlar İttifaqının dəvəti və qonaqpərvərliyi ilə iştirak edib.

O, Braziliyaya səfəri çərçivəsində yuxarıdakı tədbirlərdə çıxış etməklə yanaşı, Braziliyanın mədəni və dini şəxsiyyətləri ilə ayrıca görüşlər də keçirəcək.

4303674

Teqlər: rusiya ، iran ، müfti ، braziliya
captcha