IQNA

ABŞ insan haqları təşkilatından Google-un İsrail rejimi ilə müqaviləsinin ləğvi tələbi

9:58 - September 09, 2025
Xəbər sayı: 3498831
İQNA - Amerika-İslam Münasibətləri Şurası (CAIR) Google-un İsrail rejimi ilə imzaladığı 45 milyon dollarlıq müqavilənin ləğvini tələb edib.

“Anadolu” agentliyinin xəbərinə görə, Drop Site News adlı vebsayt ifşa edib ki, Google Netanyahu ilə imzaladığı altı aylıq, 45 milyon dollarlıq müqaviləyə əsasən İsrail rejiminin mesajlarını və xəbərlərini təbliğ edir və Qəzza zolağındakı humanitar böhranı kiçik göstərməyə çalışır.

Sayt Google-u Netanyahunun təbliğat strategiyasını yaymaq üçün İsrail rejiminin ən mühüm tərəfdaşı adlandırıb.

Məlumata əsasən, İsrailin elan və reklamları YouTube və “Google Display & Video 360” tətbiqi vasitəsilə yayımlanır.

Araşdırmalar həmçinin göstərir ki, İsrail rejimi reklama “X” messenceri üzərindən 3 milyon dollar, İsrailə məxsus “Outbrain” tətbiqi vasitəsilə isə 2,1 milyard dollar xərcləyib. Bu müqavilənin bir hissəsi Qəzza zolağında aclığı ört-basdır etməyə və inkar etməyə yönəlib.

Bu xəbər yayıldıqdan sonra ABŞ-da müsəlmanların ən böyük vətəndaş hüquqları təşkilatı olan CAIR cümə günü bəyanat yayaraq müqavilənin ləğvini tələb edib.

Şura Google-dan 45 milyon dollarlıq bu reklam müqaviləsindən çıxmağı istəyib, çünki bu saziş İsrail rejiminin birtərəfli xəbərini, bu rejimin Qəzzada törətdiyi soyqırımın fonunda, təbliğ edir.

CAIR-in bəyanatında qeyd olunub: “Əgər Google həqiqətən insan haqlarına və etik davranışlara inanırsa, bu müqaviləni ləğv etməli və qlobal reklam siyasətlərinə yenidən baxmalıdır.”

“Drop Site News”-un məlumatına görə, bu müqaviləyə əsasən ABŞ-da yerləşən sosial media influenserlərinə də böyük pullar ödənilir.

CAIR-in icraçı direktoru Nihad Əvad Google-un belə bir məzmundan qazanc götürməsini, İsrail soyqırım ittihamları ilə üzləşdiyi bir vaxtda, əxlaqi cəhətdən qəbuledilməz adlandırıb.

O vurğulayıb ki, ABŞ şirkətləri mülki fələstinlilərin, xüsusilə uşaqların qətlə yetirildiyi bir müharibənin həqiqətlərini gizlətməyə xidmət edən səylərdə iştirak etməməlidirlər.

Amerika-İslam Münasibətləri Şurası həmçinin ABŞ-ın aparıcı media qurumlarına məktub göndərərək, Qəzzanın dağıdılmasını göstərən videoları davamlı şəkildə yayımlamağa çağırıb.

4303765

captcha