IQNA

Qətər sionistlərin hücumu ilə bağlı Ərəb-İslam toplantısı keçirəcək

7:33 - September 13, 2025
Xəbər sayı: 3498855
İQNA - Qətərin paytaxtı gələn həftənin bazar və bazar ertəsi günləri bu ölkəyə qarşı sionistlərin hücumunu müzakirə etmək məqsədilə fövqəladə Ərəb–İslam sammitinə ev sahibliyi edəcək.

“Əl-Aləm” kanalının verdiyi xəbərə görə, Qətərin paytaxtı Doha gələn həftənin bazar və bazar ertəsi günləri İsrailin Dohaya hücumunu araşdırmaq üçün keçiriləcək fövqəladə Ərəb–İslam dövlətlərinin toplantısına ev sahibliyi edəcək.

Qətərin rəsmi xəbər agentliyi bildirib ki, ölkənin paytaxtı bazar və bazar ertəsi bu fövqəladə iclasa ev sahibliyi edəcək.

Məlumata görə, bu toplantının əsas gündəliyini sionist rejiminin son hücumunun Qətərdə müzakirəsi təşkil edir.

Xatırladaq ki, sionist rejimi çərşənbə axşamı axşam saatlarında Qətərə hava hücumu həyata keçirib və ABŞ prezidenti Donald Trampın irəli sürdüyü təklifi müzakirə etmək üçün bir araya gələn Həmas lideri Xəlil əl-Həyyənin başçılıq etdiyi iclasın keçirildiyi Katara bölgəsini hədəfə alıb.

Şiddətli partlayışlara və Dohanın səmasında qalxan qalın tüstü sütunlarına baxmayaraq, Həmas heyətinin üzvləri sağ qalıblar.

Sionist rejimi həmçinin Dohada bir sıra Həmas rəsmilərinin qaldığı yerləri də hədəfə alıb.

4304519

Teqlər: qətər ، sionist rejim ، Ərəb ، İslam
captcha