IQNA

Mavritaniyada Ümumrespublika Quran müsabiqəsinin qalibləri təltif olundu

9:23 - September 18, 2025
Xəbər sayı: 3498885
İQNA - Mavritaniyada keçirilən Ümumrespublika Quran müsabiqəsinin qalibləri bu ölkənin “Junaba” Gənclər Assosiasiyası tərəfindən təşkil olunan mərasimdə təltif edilib.

“Əl-Əxbar”-ın məlumatına görə, “Junaba” Gənclər Assosiasiyası sentyabrın 24-ü, bazar ertəsi axşamı, Quran və digər ölkədaxili yarışların qaliblərini təltif etmək məqsədilə mədəni tədbir keçirib.

Tədbir sənət proqramları və Mavritaniya cəmiyyətində maarifləndirici fəaliyyətlərlə müşayiət olunub, şəhər ailələrində uşaqlar üçün pis yoldaşların təhlükəsi, eləcə də tez-tez baş verən su və elektrik kəsintiləri kimi yerli ictimai problemlərə diqqət yetirilib.

Assosiasiyanın sədri Əldah Həsən çıxışında vurğulayıb ki, bu təşkilat gənclərin arzuları üçün bir meydan, həmçinin mədəni, idman və sosial istedadların üzə çıxması üçün açıq bir məkandır.

O, Mavritaniya vətəndaşlarını “Junaba” Gənclər Assosiasiyasının proqramlarında fəal iştirak etməyə çağırıb və bildirib ki, bu qurum heç kimi kənarda qoymur və xalqa xidmət etmək istəyən hər kəsi qəbul edir.

Əldah Həsən əlavə edib ki, qrup halında fəaliyyət cəmiyyətin inkişafı və qarşıda duran problemlərin həlli üçün ən təsirli yoldur.

4305526

captcha