IQNA

Yəməndə Fələstin və Qəzzəyə dəstək məqsədilə genişmiqyaslı nümayişlər keçirilib.

6:24 - October 04, 2025
Xəbər sayı: 3498975
İQNA - Yəmən xalqı bir daha Qəzzə xalqına dəstək vermək üçün küçələrə çıxaraq sionist rejimə etiraz edib və Fələstində baş verən soyqırımı pisləyib.

“İQNA”-nın “əl-Məyadin” telekanalına istinadən verdiyi xəbərə görə, Səda, Rime və Mərib vilayətlərində geniş yürüşlər təşkil olunub.

Bu nümayişlər Yəmənin Fələstinə dəstək mövqeyini davam etdirməsini və Qəzzəyə yardımını vurğulamaq məqsədi daşıyır.

2023-cü il 7 oktyabrdan sionist rejimin Qəzzə zolağına təcavüz etməsindən sonra Yəmən ordusu raketlər və partlayıcı dronlardan istifadə edərək bu rejimə qarşı hücumlar həyata keçirib. Həmçinin işğalçı rejimlə əlaqəli və ya ona doğru hərəkət edən gəmilər də hədəfə alınır.

Yəmən ordusu bəyan edib ki, bu hücumlar son iki ildə sionist rejimin Qəzzə zolağında fələstinlilərə qarşı davamlı soyqırımı cavabında həyata keçirilir.

2023-cü il 7 oktyabrdan indiyədək sionist rejim ABŞ-ın dəstəyi ilə Qəzzədə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb ki, bu da böyük bir humanitar fəlakətə səbəb olub. Dərc olunan rəqəmlərə görə, bu hücumlar nəticəsində indiyədək 65 min 549 nəfər şəhid olub, 167 min 518 nəfər yaralanıb. Qurbanların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

4308470

captcha