“İQNA”-nın “Naya”-ya istinadla verdiyi xəbərə görə, bu mediaya əsasən, partlayış səsləri Həzrət Zeynəb (s.ə) hərəminin yaxınlığındakı əs-Sədr xəstəxanası yaxınlığında silahlı şəxslər tərəfindən atılan səs bombalarından qaynaqlanıb.
Mənbələr həmçinin bölgədə atışma baş verdiyini və Colani-yə bağlı qrupların orada toplaşdığını xəbər veriblər.
Eyni mövzuda Naya bildirib ki, təhlükəsizlik gərginliyi, çoxsaylı təcili yardım maşınları və hərbi qüvvələrin yerləşdirilməsi fonunda bədəvi tayfaları Səyyidə Həzrət Zeynəb (s.ə) bölgəsindəki əs-Sədr xəstəxanası yaxınlığında mülki evlərə qumbara atıblar.
4310169