“Əl-Vəsət” nəşrinin məlumatına görə, bu müsabiqə 2025-ci ilin 15–25 oktyabr tarixlərinə təsadüf edən sərgi çərçivəsində Tripoli Beynəlxalq Sərgilər Mərkəzində keçiriləcək.
Müsabiqənin keçirilməsində məqsəd gənc qız və oğlanları Allahın kitabına sarılmağa və Qurani-Kərimi əzbərləməyə təşviq etməkdir. Müxtəlif yaş qruplarından olan iştirakçılar yarışmada üç istiqamət üzrə çıxış edəcəklər:
Quranın yarısını əzbərləmə,
Quranın son dörddə birini əzbərləmə,
Quranın son cüzünü (yəni 30-cu cüzü) əzbərləmə.
Müsabiqədə iştirak etmək istəyənlər bu internet ünvanına daxil ola bilərlər:
https://forms.gle/LsV9wf2SrxrkQJcg8
Qeyd edək ki, Liviya Baş Prokurorluğunun Beynəlxalq Kitab Sərgisinin ikinci sessiyası Liviya Baş Prokurorluğunun Cinayət-Tədqiqat və Təlim Mərkəzinin təşəbbüsü ilə keçiriləcək. Sərgidə 425 yerli və beynəlxalq mərkəz və institut öz nəşrlərini təqdim edəcək.
Baş Prokurorluğun məlumatına əsasən, sərgi hüquqi mədəniyyəti gücləndirmək və ziyarətçilərin bilik səviyyəsini artırmaq məqsədilə müxtəlif proqramlarla müşayiət olunacaq. Bu sərgi yerli və beynəlxalq nəşriyyatlar üçün hüquq, ədəbiyyat və elm sahələrindəki ən yeni nəşrlərini təqdim etmək imkanı yaradacaq.
Həmçinin Tripoli sərgisi çərçivəsində iştirakçılar arasında bilik və təcrübə mübadiləsini hədəfləyən mədəni proqramlar da keçiriləcək. Bu sərgi Liviya Baş Prokurorluğunun ölkədəki mədəni və fikri dirçəliş hərəkatına verdiyi dəstəyin göstəricisidir.
4310307