IQNA

Qurani-Kərimdə əməkdaşlıq / 8

İslamdakı (Qurani) Əməkdaşlığın Cahiliyyət Dövrünün Qəbiləçiliyi və Müasir Partiyaçılıqla Ziddiyyəti

14:44 - November 05, 2025
Xəbər sayı: 3499151
İQNA - Təavün (qarşılıqlı yardım və əməkdaşlıq) İslamda ümumi bir prinsipdir. Müsəlmanlar xeyirli işlərdə bir-birinə kömək etməyə borcludurlar, lakin batil məqsədlərdə, zülm və haqsızlıqda bir-birinə yardım etməkdən çəkindirilib, istər yaxın dost, istərsə də qardaş olsun fərq etmir.

Bu qanun, cahiliyyət dövrünün qəbiləçilik qanunu və müasir dövrün partiyaçılıq prinsipi olan “Müttəfiqini dəstəklə – istər zalım olsun, istər məzlum” qaydasına tamamilə ziddir. Bu prinsip bu gün beynəlxalq münasibətlərdə də hökm sürür: Dövlətlər çox vaxt bir-birinin zalım və ya məzlum olmasına baxmadan, sırf ittifaq bağları səbəbilə bir-birini dəstəkləyirlər.

Əgər İslam cəmiyyətlərində təavün prinsipi dirçəldilsə və insanlar münasibətlərə baxmadan xeyirli, quruculuq işlərində əməkdaşlıq etsələr, zülm edənlərlə isə əlaqə qurmaqdan çəkinsələr, bir çox ictimai problemlər aradan qalxar. Beynəlxalq miqyasda da əgər dövlətlər zalım təcavüzkarlarla əməkdaşlıqdan imtina etsələr, dünyada zülm və təcavüz kökündən silinər.

Peyğəmbər Əkrəmdən (s) belə rəvayət olunub: “Qiyamət günü nida ediləcək: ‘Haradadır zalımlar və onların köməkçiləri?!’ — yəni o kəslər ki, zalımlar üçün mürəkkəb hazırlayıb, kisənin ağzını bağlayıb, yaxud onlar üçün qələmi mürəkkəbə batırıblar. Onları da zalımlarla birgə hesaba çəkin.”

Qurani-Kərim bu həqiqəti bir imtahan şəklində belə bəyan edir:

“De: əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, ticarətinizin iflasından qorxduğunuz sərvətlər və xoşladığınız evlər sizə Allahdan, Onun Rəsulundan və Onun yolunda cihaddan daha sevimlidirsə, o zaman Allahın əmri gələnədək gözləyin! Allah fasiq qövmü hidayət etməz” (Tövbə, 24).

Bu ayə ümumi bir qanun kimi göstərir ki, ailə, qohumluq və dünyəvi sevgi müəyyən sərhədlər daxilində caizdir. Lakin əgər bu sevgilər Allah, Rəsul və Allah yolunda cihad sevgisi ilə toqquşarsa və dünyəvi sevgi üstün tutularsa, o zaman Allahın əzabını gözləmək lazımdır. Çünki bu hal insanı fasiqlik dərəcəsinə salır və fasiq insan da hidayətə çatmaz. Ayənin sonunda da belə buyurulur: “Allah fasiq qövmü hidayət etməz.”

3495102

captcha