
“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, sionist rejimin ordusu Livanın cənubunda Hizbullahın hərbi mövqelərinə qarşı hava hücumları həyata keçirdiyini bildirib.
“Əl-Cəzirə”nin müxbiri xəbər verib ki, sionist rejim iki hava zərbəsini Əytəl-Cəbəl və Teyr Dibba bölgələrinə endirib.
“Əl-Məyadin” telekanalının müxbirinin məlumatına görə isə İsrail qırıcı təyyarələri Livanın cənubundakı müxtəlif ərazilərdə alçaq hündürlükdə uçuşlar həyata keçirirlər.
Livan mənbələrinin bildirdiyinə görə, təcili yardım maşınları hücuma məruz qalan bölgələrə doğru hərəkət edir.
Sionist rejimin ordusu bir neçə saat əvvəl Livanın cənubundakı sakinlərə xəbərdarlıq edərək bildirib: “Cənubi Livanın müxtəlif bölgələrində Hizbullahın hərbi infrastrukturuna hücum edəcəyik.” Ordunun iddiasına görə, bu hücumlar Hizbullahın cənub bölgəsində fəaliyyətlərini bərpa etmək cəhdlərinə qarşı yönəlib.
Ordunun xəbərdarlıq mesajında deyilir: “Ət-Tayyibə və Deyr Dibba kəndlərinin sakinlərindən bu əraziləri dərhal tərk etmələrini istəyirik.”
Sionist rejimin ordusu həmçinin Livanın cənubundakı Əytəl-Cəbəl kəndinin sakinlərinə də xəbərdarlıq edib.
Bununla yanaşı, bu gün axşam saatlarında sionist rejimin qırıcı təyyarələri Livanın cənubunda Turə və əl-Abbasiyyə bölgələri arasında yerləşən “Mənşarət Xəşəb” adlı əraziyə hava zərbəsi endirib.
“Əl-Məyadin” müxbirinin məlumatına görə, bu hücum nəticəsində bir nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.
4315248