IQNA

Məmdani: “İsrailin Qəzzada törətdiyi soyqırım susqunluqla keçilə bilməz”

16:12 - November 23, 2025
Xəbər sayı: 3499264
İQNA - Nyu-Yorkun seçilmiş meri Tramp ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib ki, İsrailin Qəzzada törətdiyi soyqırımı qarşısında susmaq olmaz. O deyib ki, ABŞ maliyyə və hərbi dəstəyi davam etdirdiyi müddətdə bu cinayətlərə şərik olacaq.

“İQNA”-nın “əl-Cəirə”yə istinadən verdiyi xəbərə görə, Tramp cümə günü, 21 noyabrda kabinetdə Məmdanini qəbul edib və Nyu-York sakinlərinin geniş narahatlıqları barədə onun fikirlərini dinləyib.

Zəhran Məmdani görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib: “Nyu-Yorkun bir çox sakini vergilərinin Qəzzada insan hüquqlarının pozulmasına sərf edilməsindən narahatdır. Mən istəyirəm ki, bu pullar amerikalı vətəndaşların ləyaqətinin qorunmasına istifadə edilsin, sonsuz müharibələrin dəstəklənməsinə yox.”

Məmdani vurğulayıb: “İsrailin Qəzzada törətdiyi soyqırımı susqunluqla keçilə bilməz. ABŞ da maliyyə və hərbi dəstək göstərdiyi müddətdə bu cinayətlərə şərik olacaq.”

Jurnalistlər və kameralar bu xüsusi görüşün sonunda Oval kabinetə daxil olduqdan sonra Tramp belə deyib: “Gözlədiyimdən daha çox məsələdə həmfikrik. Bizim ortaq bir şeyimiz var: sevdiyimiz bu şəhəri yaxşı idarə etmək istəyirik.”

Məmdani də görüşdə belə deyib: “Mənim prezident haqqında həqiqətən təqdir etdiyim şey odur ki, bizim müzakirəmiz çox sayda fikir ayrılığına deyil, Nyu-Yorklulara xidmət məqsədi daşıyan ortaq hədəfə fokuslanmışdı.”

Nyu-Yorkun seçilmiş meri Zəhran Məmdani əlavə edib: “Prezident Tramp ilə görüşdüyümə görə minnətdaram və birgə əməkdaşlığı səbirsizliklə gözləyirəm.”

O bildirib: “Biz Nyu-Yorkda immiqrasiya qanunlarının icrası və bunun şəhərə təsiri barədə danışdıq. Mən prezidentə yalnız şəhər qanunlarına əməl etmək istəyimizi deyil, həm də bütün səviyyələrdə uzlaşmış siyasətə malik olmaq arzumuzu çatdırdım.”

Tramp da jurnalistlərə deyib: “Məncə, siz həqiqətən əla bir mer əldə edəcəksiniz. O nə qədər yaxşı işləsə, mən bir o qədər məmnun olacağam. Biz ona kömək edəcəyik ki, hər kəsin arzusunu – güclü və çox təhlükəsiz bir Nyu-York yaratmağı – həyata keçirsin.”

Tramp Məmdanini çox ağıllı bir şəxs olaraq xarakterizə edib və onun Nyu-Yorkun əvvəlki əzəmətini bərpa etməyə ciddi şəkildə can atdığını söyləyib.

Bəzi ittihamlara cavab verən Tramp bildirib ki, Məmdani “cihadçı” deyil və Nyu-York üçün böyük işlər görmək imkanı var; federal hökumət də bu yolda ona yardım edəcək.

“Trampdan soruşuldu ki, Məmdaninin Nyu-Yorkunda yaşamaqdan özünü rahat hiss edirmi?” – o, müsbət cavab verib.

Məmdani 2026-cı il yanvarın 1-də and içərək rəsmi şəkildə Nyu-Yorkun meri olacaq. O, son illərdə Fələstin xalqına açıq dəstəyi və xüsusən də 2025-ci ilin baharında Kolumbiya Universitetindəki etirazlarda Qəzza əleyhinə yürüşlərə rəhbərliyi ilə ABŞ siyasətində tanınmış bir simaya çevrilib.

Mütəxəssislər hesab edirlər ki, Məmdaninin mövqeləri ABŞ ictimai rəyində, xüsusən gənc nəsil və mütərəqqi yəhudilər arasında baş verən dəyişikliklərin əksidir. Qəzzada humanitar böhranın dərinləşməsi fonunda bu qruplar İsrailə qeyd-şərtsiz dəstəyi yenidən nəzərdən keçirməyə başlayıblar.

4318449

captcha