“Şərq” qəzetinin xəbərinə görə, Quran Bitkiləri Bağı bildirib ki, bu təşəbbüs, milli irsdən və ekoloji maarifləndirmədən ilhamlanan innovativ bir təcrübə vasitəsilə Qatarın ekoloji fəaliyyətlərdə iştirakını gücləndirmək və insanların təbiətlə əlaqəsini dərinləşdirmək missiyasının bir hissəsidir.
Bu təşəbbüs topun keramika versiyasının hazırlanmasında iştirak etmək üçün məsul şirkətin müraciətinə cavab olaraq həyata keçirilir.
Quran Bitkiləri Bağı bu müraciəti dərhal cavab tələb edən milli prioritet hesab edib və qeyd edib ki, bu məhsulun həyati rolunu və onun Qətərə layiq bir şəkildə təqdim olunmasının əhəmiyyətini yaxşı anlayır.
Bağın direktoru Fatimə Saleh əl-Xəlifinin sözlərinə görə, bu layihə Quranı Bağın yanaşmasını və missiyasını əks etdirir. O bildirib ki, keramika toptunun hazırlanmasında iştirak təkcə bir sənət işi deyil, həm də dünyaya bu mesajı verir ki, Qətərin təbii mühiti milli irsə əsaslanan innovativ və cəlbedici yollarla dəyərləndirilə bilər.
O əlavə edib: “Biz bu layihəni bitki ehtiyatlarının qorunması, ekoloji maarifləndirmənin artırılması və cəmiyyəti qlobal idman tədbiri çərçivəsində bitkilərlə əlaqələndirən modellərin təqdim edilməsi istiqamətində bağın rolunun davamı kimi görürük.”
Əl-Xəlifinin sözlərinə görə, yerli ekoloji elementlərin beynəlxalq miqyaslı bir tədbirdə nümayiş etdirilməsi ölkənin öz resurslarına olan inamını və milli qurumların yaradıcılıq və innovasiya bacarığını göstərir.
Bağın bağçılıq müdiri və keramika toptunun hazırlanmasına məsul olan mühəndis Məhəmməd Məhdi Həsunə bu işin ciddi texniki çətinliklərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ən böyük çətinlik topun çəkisi idi, çünki gil təbiəti etibarilə ağırdır və daşınması üçün əlverişli deyil. İkinci çətinlik isə kürənin formalaşdırılması prosesi zamanı içindəki toxumların canlılığını qorumaq idi. Bu isə toxumların cücərmə qabiliyyətini itirməməsi üçün dəqiq islatma və qurutma prosesini tələb edirdi.
O bildirib: “Bu səbəbdən biz qeyri-adi materiallardan – bioçar (torpaq üçün gübrələndirici əlavələr), müxtəlif yüngül lifli torpaqlar və Qətər gili – istifadə etdik və kənd təsərrüfatında istifadə olunan ən yüngül gili toplardan birini yaratdıq.”
Qətərli mühəndis vurğulayıb ki, layihə təkcə sənət nümunəsi deyil, həm də unikal bir ekoloji təcrübədir. Bu təcrübəyə əsasən, hər bir azarkeş bir gil top götürərək onu öz bağında və ya saksısında yerləşdirə bilər. Su verdikcə top yavaş-yavaş əriyəcək və içindəki reyhan toxumları cücərməyə başlayacaq. Bu təşəbbüs yarış bitdikdən sonra da davam edən canlı bir əlaqə yaradır.
Qeyd edək ki, bu gündən etibarən (1 dekabr) Qətərin paytaxtı Doha “Kəs əl-Ərab 2025” – Ərəblərin Millətlər Kubokunun rəsmi startına ev sahibliyi edəcək. Təşkilatçıların məlumatına görə, bu turnir tarixində ən yüksək pul mükafatları təqdim edəcək.
4320172