“İQNA”-nın “News Rum”-a istinadla verdiyi xəbərə görə, bu sərgi şənbə günü, 6 dekabr tarixində Misirin inzibati paytaxtında yerləşən Misir Məscidində 32-ci Beynəlxalq Quran Müsabiqəsinin başlanması ilə eyni vaxtda açılıb və burada Ali İslam İşləri Şurasının nəşrləri nümayiş etdirilib.
Şura bu tədbirdə müasir məsələlər, orta yol prinsipləri və dini rasional diskursun inkişafı ilə bağlı ən yeni elmi və fikri əsərlərini ictimaiyyətin ixtiyarına verib.
Misirin Ali İslam İşləri Şurası indiyədək ölkənin müxtəlif məscidlərində bir sıra sərgilər təşkil edib. Məqsəd məscid camaatının etibarlı elmi məhsullarla tanışlığı və mədəni hərəkatın dəstəklənməsi olub. Bu sərgilər məscid imamlarının, vaizlərin və namazqılanların maariflənməsində və biliklərinin artırılmasında təsirli rol oynayıb.
Qeyd edək ki, Misirin 32-ci Beynəlxalq Quran Müsabiqəsi ölkənin Vəqflər Nazirliyinin təşəbbüsü ilə 2025-ci il dekabrın 6-da yeni inzibati paytaxtdakı İslam Mədəniyyət Mərkəzi və Məsciddə işə başlayıb.
Açılış mərasimi tanınmış misirli qari Şeyx Mahmud Şəhhat Ənvərin Quran tilavəti ilə başlayıb. Bu ilki müsabiqə onun atasının adı ilə adlandırılıb.
Misirin vəqflər naziri Usamə əl-Əzhəri açılışda çıxış edərək bildirib: “32-ci Beynəlxalq Quran Müsabiqəsi nazirliyin il ərzində ən çox hazırlaşdığı mühüm tədbirlərdən biridir.”
Bu tədbir 10 dekabr tarixinədək davam edəcək və pul mükafatlarının dəyəri 13 milyon Misir funtuna çatır ki, bu da ölkənin Beynəlxalq Quran Müsabiqələri tarixində ən yüksək göstəricidir.
4321688