IQNA

Bosniyalı müəllimin təhdidlərə baxmayaraq Fələstinə dəstək vurğusu

11:18 - December 14, 2025
Xəbər sayı: 3499395
İQNA – Bosniyalı bir müəllim və fəal bildirib ki, Lüksemburqda işindən “antisemitizm” ittihamı ilə qovulmasına baxmayaraq, Fələstin xalqına dəstəyindən əl çəkməyəcək.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, Fatimə adlı bosniyalı müəllim və fəal, Fələstinə dəstəyinə görə antisemitizmdə ittiham olunaraq Lüksemburqdakı işindən qovulmasının səbəbləri barədə danışıb. 

O, “Əl-Cəzirə”yə müsahibəsində deyib: “Mən Lüksemburqda müəllim işləyirdim və İsrailə edilən hər bir tənqidi antisemitizm kimi qələmə verən şəxslərin hədəfinə çevrildikdən sonra işimi itirdim. Lüksemburqda tanınmış sionistlərdən biri illərlə məni təqib edirdi.” 

O əlavə edib: “Həmin şəxsin polisə təqdim etdiyi bütün şikayətlər – mənim Instagram hekayələrimdən götürülmüş ekran görüntüləri – antisemitizm olmadığını sübut etdi və bunu sübut etmək mənim üçün asan idi.” 

Fatimə qeyd edib ki, həmin şəxs onu təqib etməyə davam edib və Lüksemburq təhsil nazirinə şikayət edərək onu “antisemitizm və yəhudi xalqına düşmənçilikdə” ittiham edib. 

Fatimə davam edib: “Avqust 2025-də Təhsil Nazirliyindən bir məktub aldım. Məktubda bildirilirdi ki, Instagram hekayələrimə görə məni işimdən qovmaq niyyətindədirlər. Bu hekayələrin ən diqqət çəkəni isə Fələstinlə bağlı paylaşımımdır. Mənim üçün bu, tarixi bir həqiqətdir: 1948-ci ildən əvvəl Fələstin mövcud idi, İsrail isə yox idi. 1948-dən əvvəl yalnız Fələstin vardı. Onlar bunu antisemitizm kimi qiymətləndirdilər.” 

Fatimə Fələstin məsələsinə dəstəyinin şəxsi tarixindən qaynaqlandığını vurğulayaraq əlavə edib: “Mən əsli bosniyalıyam və ailəm 1992–1995-ci illərdə soyqırımı yaşadı.” 

O həmçinin bildirib: “Mən cəmi dörd aylıq idim ki, anam qardaşlarının soyqırımda öldürülməsindən sonra ürək tutması keçirdi. 20 yaşlı əmim oğlu da öldürüldü və onun cəsədinin qalıqları bu günə qədər tapılmayıb.” 

Fatimə qarşılaşdığı təqiblərə baxmayaraq, Qəzzaya və Fələstin məsələsinə davamlı dəstəyini vurğulayıb. 

O deyib: “Mən susmayacağam – bir fələstinli uşaq daş atdığına görə və ya bir əsgərin özbaşına verdiyi qərara görə həbs ediləndə. Mən susmayacağam – insanlar evlərindən didərgin salınanda və ya bombalananda. Niyə bu mövzuda susmalıyam? Mən həqiqəti dediyim üçün antisemit deyiləm.” 

4322647

captcha